Çempionlar Liqası: “Qarabağ”ın III təsnifat mərhələsindəki potensial rəqibləri bəlli olub

0
69

“Qarabağ”ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsindəki potensial rəqibləri bəlli olub.

“Terefsiz.az”ın məlumatına görə, təmsilçimiz II təsnifat mərhələsində İsveçrə “Sürix”ini mübarizədən kənarlaşdırsa, səpələnmişlər səbətində yer alacaq.

Qurban Qurbanovun baş məşqçi olduğu komanda 4 cütdən biri ilə və ya Kiprin “Apollon” (Limassol) klubu ilə üz-üzə gələcək. Azərbaycan çempionunun “Pünik” (Ermənistan) – “Düdelanj” (Lüksemburq) cütünə rəqib olmaq şansı yoxdur.

Çempionlar Liqası

III təsnifat mərhələsi

Səpələnmişlər

“Dinamo” (Zaqreb, Xorvatiya) – “Şkupi” (Şimali Makedoniya) cütünün qalibi

“Srvena Zvezda” (Serbiya)

“Makkabi” (Hayfa, İsrail) – “Olimpiakos” (Yunanıstan) cütünün qalibi

HİK (Finlandiya) – “Viktoriya” (Plzen, Çexiya)

“Qarabağ” (Azərbaycan) – “Sürix” (İsveçrə)

“Jalgiris” (Litva) – “Malmö” (İsveç)

Səpələnməmişlər

“Lüdoqorets” (Bolqarıstan) – “Şemrok Rovers” (İrlandiya)

“Maribor” (Sloveniya) – “Şerif” (Moldova)

“Linfild” (Şimali İrlandiya) – “Budyo Qlimt” (Norveç)

“Ferentsvaroş” (Macarıstan) – “Slovan” (Bratislava, Slovakiya)

“Apollon” (Limassol, Kipr)

“Pünik” (Ermənistan) – “Düdelanj” (Lüksemburq)

Liqa Yolu

Səpələnmişlər

“Benfika” (Portuqaliya)

“Reyncers” (Şotlandiya)

“Dynamo” (Kiyev, Ukrayna) – “Fənərbağça” (Türkiyə) cütünün qalibi

PSV (Niderland)

Səpələnməmişlər

“Monako”

“Midtüllann” (Danimarka) – AEK (Larnaka, Kipr) cütünün qalibi

“Şturm” (Qrats, Avstriya)

“Yunion” (Belçika)

Qeyd edək ki, UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin püşkü iyulun 18-də atılacaq.

terefsiz.az