Çempionlar Liqası: “Real Madrid” səfərdə “Mançester Siti”yə uduzub

UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinə start verilib. İlk oyun günündə 1 qarşılaşma keçirilib.

0
137

Terefsiz.az saytı xəbər verir ki, UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinə start verilib. İlk oyun günündə 1 qarşılaşma keçirilib.

Gecənin yeganə matçında İspaniya “Real Madrid”i İngiltərədə turnirin son finalçısı “Mançester Siti”nin qonağı olub. “Etihad” stadionundakı görüş “şəhərlilər”in 4:3 hesablı qələbəsi ilə başa çatıb.

Hesabı 2-ci dəqiqədə meydan sahiblərinin yarımmüdafiəçisi Kevin De Brüyne açıb. Belçikalı futbolçu turnirin yarımfinalları tarixində ən erkən qolun müəllifi olub. 9 dəqiqə sonra Qabriel Jezus fərqi artırıb. 33-cü dəqiqədə Kərim Benzema buraxılan qollardan birinin əvəzini çıxıb. 53-cü dəqiqədə Fil Foden qonaqları növbəti dəfə meydanın mərkəzinə dəvət edib. Lakin Mançester təmsilçisinin sevinciu cəmi 3 dəqiqə çəkib. Vinisius Junior baxımlı qolla fərqi yenidən minimuma endirib. 74-cü dəqiqədə Bernardu Silva 4-cü topu “kral klubu”nun qapısından keçirib. Oyunda son nöqtəni isə Benzema qoyub. 81-ci dəqiqədə penaltidən fərqlənən fransalı hücumçu yekun hesabı müəyyənləşdirib.

Komandalar arasında cavab qarşılaşması mayın 4-də olacaq.

UEFA Çempionlar Liqası, yarımfinal

İlk oyun

26 aprel

23:00. “Mançester Siti” (İngiltərə) – “Real Madrid” (İspaniya) – 4:3

Qollar: Kevin De Brüyne, 2. Qabriel Jezus, 11. Fil Foden, 53. Bernardu Silva, 74 – Kərim Benzema, 33; 81 (pen.) Vinisius Junior, 55

Baş hakim: İştvan Kovaç (Rumıniya)

Mançester, “Etihad” stadionu

Qeyd edək ki, digər yarımfinal matçı aprelin 27-də İngiltərədə “Liverpul” və İspaniya “Vilyarreal”ı arasında baş tutacaq.

Terefsiz.az