Çempionlar Liqasının iki oyunu təxirə salındı.

0
162

 Çempionlar Liqasının 1 /8 finalının cavab oyunları çərçivəsində keçiriləcək  iki görüş təxirə salınıb.

 

TEREFSİZ.AZ saytı  UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, “Yuventus” – “Lion” və “Mançester Siti” – “Real” matçı koronavirus səbəbindən nəzərdə tutulduğu vaxtda keçirilməyəcək.

“Mançester Siti”nin rəsmi saytı “Real”ın basketbol komandasının bir üzvündə koronavirusun aşkarlanmasına görə görüşün təxirə salındığını açıqlayıb. Madrid klubunda basketbol və futbol komandaları eyni bazada yerləşdiyindən futbolçular da karantinə alınıb.

Qeyd edək ki, hər iki oyun martın 17-də keçirilməli idi. Komandalar arasında ilk görüşdə “Mançester Siti” 2:1 (səfərdə), “Lion” isə 1:0 (evdə) hesablı qələbə qazanıb.

Xatırladaq ki, Avropa Liqasının 1/8 final mərhələsinin “Sevilya” – “Roma” və “İnter” – “Xetafe” matçları da eyni səbəbdən təxirə salınıb.

Terefsiz.az