“Çempionlar Liqasının kubokunu inəklərə göstərməyi arzulayıram” – Setyen

0
188

 “Barselona”nın baş məşqçisi Kike Setyen Çempionlar Liqası və La Liqanı qazanmaq arzusundan danışıb.

TEREFSİZ.AZ saytı xəbər verir ki, 61 yaşlı mütəxəssis “AS” nəşrinə açıqlamasına bununla bağlı deyib:

“Futbolçularıma deyirəm ki, mən tələsirəm, itirməyə vaxtım yoxdur. Çünki Çempionlar Liqasının və La Liqanın kubokunu qazanmaq istəyirəm. Hər iki turnirin qalibi olsaq, daha yaxşı olacaq. Əlbəttə, Çempionlar Liqasının kuboku ilə otlaqlarda inəklərin arasında gəzişmək və onlara bunu göstərməyi arzulayıram”.

Qeyd edək ki, “Barselona” ÇL-in 1/8 final mərhələsində “Napoli” ilə ilk oyunda 1:1 hesabı ilə bərabərə qalıb.

Terefsiz.az