Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti BMT Baş Assambleyasının 77-ci sessiyasında iştirak etmək üçün ABŞ-ın Nyu-York şəhərinə yola düşüb.
Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazir səfər zamanı sessiya çərçivəsində keçiriləcək tədbirlərdə iştirak edəcək, habelə xarici dövlətlərin rəsmiləri ilə ikitərəfli görüşlər keçirəcək.