Ceyhun Bayramov ABŞ-a səfərə gedib

0
93

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti BMT Baş Assambleyasının 77-ci sessiyasında iştirak etmək üçün ABŞ-ın Nyu-York şəhərinə yola düşüb.

Bu barədə  Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazir səfər zamanı sessiya çərçivəsində keçiriləcək tədbirlərdə iştirak edəcək, habelə xarici dövlətlərin rəsmiləri ilə ikitərəfli görüşlər keçirəcək.

terefsiz.az