Ceyhun Bayramov: “Vətən müharibəsindən sonra 257 nəfər mina qurbanı olub”

0
67

“2020-ci il Vətən müharibəsindən sonra 257 nəfər mina qurbanı olub”.

“Terefsiz.az” xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov tviterdə bildirib.

“Ermənistan tərəfindən minaların kortəbii istifadəsi və minaların basdırılmasına hələ də davam edilməsi yaralanmalara və iztirablara səbəb olur. Ötən 30 il ərzində mina qurbanlarının sayı 38-i qadın, 357-si uşaq olmaqla 3 336-ya çatıb”,- paylaşımda deyilir.

terefsiz.az