Chelsea futbolçusu Eden Hazardın transfer qiymətini aşağı salıb.
Terefsiz.az AS nəşrinə istinadən xəbər verir ki, qərar mövsümün sonunda 28 yaşlı hücumçunu heyətinə qatmaq istəyən İspaniya Real Madrid-i ilə danışıqlar ərəfəsində verilib.
London təmsilçisi daha öncə belçikalı oyunçu üçün 116 milyon avro tələb edib. Hazırda isə bu məbləğ 103-105 milyon avroya qədər endirilib. Madrid təmsilçisi isə Azar üçün 80-90 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, Eden Hazard 2012-ci ilin yayında Fransa Lille-sindən 35 milyon avro qarşılığında Chelsea-yə keçib. O, cari mövsüm İngiltərə Premyer Liqasında 33 oyuna 16 qol vurub.