Çimərliklər də açıq elan olundu! ( Ətraflı məlumat üçün linkə daxil olun )

0
193

Bu gündən çimərliklərin və onların ərazisində yerləşən hovuzların, su attraksionlarının və idman oyunu yerlərinin fəaliyyətinə icazə verilir.

 

TEREFSİZ.AZ saytı xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah mayın 26-da qərar  qəbul edib.

 

Müvafiq qurumlar əhalini çimərliklərdə olarkən sosial məsafə saxlamağa, ümumən karantin rejimi dövrü üçün qüvvədə olan qaydalara əməl etməyə çağırıb.

 

Məlumat üçün bildirək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən may ayından etibarən çimərliklərdə monitorinqlərə başlanılıb və mövsümlə əlaqəli 15 gündən bir monitorinq keçirilir.

 

Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi və Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən aparılan birgə monitorinq və analizlərin nəticələrinə görə, Bilgəh, Novxanı, Mərdəkan, Şüvəlan, Goradil, Zaqulba, Nardaran və Buzovna çimərliklərindəki dəniz suyunun keyfiyyət göstəriciləri norma daxilində müəyyən edilib.

 

Qeyd olunub ki, hazırda Xəzər dənizinin digər çimərlik ərazilərindəki dəniz suyundan götürülmüş nümunələr üzərində laborator təhlillər aparılır.

 

Terefsiz.az