Çinin cənub-qərbində güclü zəlzələ baş verib.
TASS xəbər verir ki, Tibet Muxtar rayonunda 5,9 bal gücündə zəlzələ qeydə alınıb.
Yerli vaxtla 09:33-də Şiqadze şəhəri yaxınlığında baş verən təkanların episentri yerin 10 km dərinliyində olub.
Dağıntı və tələfat barədə məlumat verilmir.
Qeyd edək ki, zəlzələ baş verən ərazidə 845 000 insan yaşayır.
istinad:oxu.az