Çindəki tələbata görə, dünyada olan uzunqulaqların yarısı məhv olacaq

0
202

Dünyada olan uzunqulaqların sayı beş il ərzində 50 faiz azala bilər.

Buna səbəb, Çində uzunqulaq dərisinə və ondan hazırlanan “E’jiao” adlı jeleyə olan təlabatın artmasıdır.

Bu barədə uzunqulaqları qoruma təşkilatı “Donkey Sanctuary” hesabat hazırlayıb.

Hesabatda deyilir ki, dünyada yaşayan 44 milyon uzunqulağın təkcə Çindəki tələbata görə, hər il 4,8 milyonu kəsilir.

Eyni zamanda ticarət üçün uzun yol gedən heyvanların 1/5-i ac və susuz qaldığından ölürlər. Təlabatın çoxluğundan hamilə, körpə, şikəst və yaşlı eşşeklər də kəsilir.

Çin ərazisindəki uzunqulaqların sayı 1992-ci ildən bəri 76% azaldığı üçün bu təlabat başqa ölkələrdən gətirilən heyvanlar hesabına ödənilir.

Təşkilatın araşdırma mərkəzinin başçısı Fais Burden bu zamana qədər 18 ölkənin uzunqulaq dərisi ticarətini qadağan etmələrinə baxmayaraq, heyvanları kəsilmək üçün başqa ölkələrə göndərirlər.

Təşkilat, dünya ölkələrini uzunqulaq ticarətinin qarşısını almaq üçün tədbirlər görməyə səsləyib.

Bir çox ölkələrdə uzunqulaqlar yük daşımaqla 500 milyon insanın köməyinə çatırlar.

istinad:oxu.az