Çinin cənub-qərbində Sıçuan əyalətində zəlzələ nəticəsində zərər çəkən sayı 122 insana qədər artıb, 11 nəfər ölüb.
Terefsiz.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda yerli hakimiyyətə istinadən Çinin Mərkəzi televiziyası bildirib.
Qeyd edək ki, iyunun 17-də Çin əyalətində iki zəlzələ qeydə alınıb. Əvvəlcə 6 bal gücündə yeraltı təkanlar Çannin, 40 dəqiqə sonra isə 5,1 baş gücündə Qun rayonunda baş verib.
Yerli hakimiyyətin məlumatına görə, Çannin rayonunda 8 nəfər həlak olub, 48-i yaralanıb. Qunda isə 3 nəfər həlak olub, 71-i zərər çəkib, daha üç nəfər isə qonşu Qao rayonunda zərər çəkib.
Qeyd edək ki, Sıçuan əyaləti Çinin ən seysmik regionlarından biridir, burada tez-tez zəlzələlər baş verir.
Terefsiz.az