Çinli mütəxəssislər: Bu dərman koronavirusla mübarizədə çox kömək edir

0
121

Çin hakimiyyəti koronavirusa yoluxan xəstələrin müalicəsində “Aviqan” adlı qripə qarşı dərmandan istifadə edildiyini bildirib.

“Ren TV” xəbər verir ki, bu dərman Uhan və Şençjen şəhərlərində 300 xəstənin üzərində yoxlanılıb.

Məlumata əsasən, dərmanı qəbul etdikdən iki gün sonra insanlarda temperatur normallaşır, dörd gündən sonra isə öskürək səngiyir.

Həmçinin dərmanı qəbul edən pasientlərin təhlillərində koronavirus  təsbit edilmir.

istinad:oxu.az