Cinsi əlaqədə olmaq üçün 15 yaşlı məktəbli qızı yoldan çıxaran 27 yaşlı şəxs ” Arzuladığıma çatmaq üçün 3 ay qalıb “

0
2199

Cəmiyyət zamanla cinsi münasibət və evlilik yaşına qarşı müəyyən fikirlərdə dəyişikliyə uğraşı. Əgər əsrlər əvvəl 15 yaşlı yeniyetmə qız qadın və ana kimi baxılırsdısa, indi 15 yaşılı yeniyetmə qız uşaq kimi görülür, qalmışdı o qadın və ana kimi baxılsın. Azərbaycan qanunveriliciliyində də 16 yaşına çatmamış şəxslə cinsi münasibət və seksual xarakterli hərəkətlər cinayət məcəlləsinin maddələri ilə yasaqlanır. Buna görə hətta cinayət işi düşür. Ancaq görünür cəmiyyətimizdə bunu önəmsəməyən şəxslər var və onlardan birini siz oxuyucularımıza göstəririk.

 

Məcid Mərcanlı tərəfində sosil şəbəkədə bu cür bir paylaşım qabağımıza çıxdı:

Taleh Rzaxanov adlı 27 yaşında biri 15 yaşlı uşaqla münasibətdə olduğunu etiraf edərək “mental olaraq hər şey qaydasındadır” deyir. Söhbət 9-cu sinifdə oxuyan uşaqdan gedir və bu manyak qızın 16 yaşı olması üçün gün sayır. Guya 16 yaşlı biri ilə seksual münasibətdə olmaq normalmış kimi.
Bu alçağı ifşa edib cəzalandırılmasına nail olmaq lazımdır.

Taleh Rzaxanov adlı şəxs heçnə olmamış kimi davranışına bəraət də qazandırmağa çalışaraq, 18 yaşına çatmamış şəxslərlə münasibətə mənfi baxanları çuşka da adlandırdı.

 

Paylaşımda onun tərəfini tutub, yetkinlik yaşına çatmayanları qınayan və bunun normal olduğunu dilə gətirənlər də az deyildi.

https://www.facebook.com/mejidmerjanli/posts/10222742467812391