“Çiyələk alanda ehtiyatlı olun” – ekspertdən xəbərdarlıq

0
335

“Azərbaycanda qədim çiyələk növləri yox olub”.

News24.az-a bunu Azad İstehlakçılar birliyinin sədri Eyyub Hüseynov bildirib.

Onun sözlərinə görə, çiyələk toxumçuluğunda böyük inqilab baş verib: “Xarici ölkələrdən Azərbayacana çiyələk şitilləri gətirilib, abarogen qədim çiyələk növləri demək olar ki, yox olub. Hazırda satışa çıxarılan bu dadsız çiyələklərin əksəriyyəti bazar üçün hazırlanıb. Uzun müddət xarab olmur, bərkdir, görünüşü cəlbedicidir. Biz hesab edirik ki, bunlar genetik modifikasiya olunmuş (GMO) ola bilər. Təəssüf ki, hazırda bununla bağlı araşdırma aparılmır”.

E.Hüseynov onu da dedi ki. Hər gün təşkilata çiyələklə bağlı şikayət daxil olur: “Hər gün telefon zəngi daxil olur. Bəzən gəlirlər, aldıqları çiyələyi də gətirirlər. Biz xüsusi tester vasitəsilə çiyələklərin tərkibini yoxlayırıq, insanlara təmənnasız olaraq kömək edirik. Təxminən 30 faiz çiyələkdə nitritlərin miqdarı normadan çox çıxıb. İnsanlar bilməlidirlər ki, çiyələyi yeməzdən qabaq təmiz yumaq lazımdır. Çünki çiyələk torpaqla təmasda olur. Ən təhlükəli bakteriyalar torpaqdadır. Eyni zamanda onu da bildiririk ki, yumşaq çiyələk almaq lazımdır, onlar nisbətən daha yaxşıdır.