Çox su içməyin ziyanı üzə çıxdı

0
193

Sudan həddən artıq istifadə orqanizmdəki faydalı vitamin və mikroelementləri yuyub aparır. Bundan başqa, zülalın aşağı düşmə riski də mövcuddur.

Terefsiz.az xəbər verir ki, bu barədə biotexnologiya üzrə mütəxəssis Alla Poqojyova məlumat verib.

Alim qeyd edib ki, orqanizmdə suyun çoxluğu qan-damar və sidik sistemlərinə də mənfi təsir göstərə bilər.

Hər bir insanın gündəlik olaraq 2,5 litr suya ehtiyacı var. Bu ehtiyacın 1 litrini insan qidalardan əldə edir. Qalan 1,5 litr su isə sərbəst formada bədənə daxil olmalıdır.

Maye qəbul edərkən onun keyfiyyətinə nəzarət etmək də önəmli faktorlardan biridir.