Çox təəssüflər olsun ki, verilmiş qərarlar bu qərarları qəbul edənlərin nə qədər qeyri-peşəkar və delitant (həvəskar) olduğundan xəbər verir – kespertdən karantin zamanı pandemiyayla mübarizə qarşı irad!

0
235

Bu gündən etibarən iki həftəlik sərt karantin rejimi tədbiq edilməyə başladı. Köhnə qaydalarla evdən iki saatlıq icazəylə çıxmaq üçün qısa nömrələr sms göndər mütləq oldu. Bir çox alış-veriş mərkəzləri tamamiylə qapadıldı.

Terefsiz.az olaraq sizə beynəlxalq idarəetmə standartları üzrə ekspert-məsləhətçi, aparıcı auditoram, eyni zamanda da Bureau De Qualite Azerbaijanın direktoru Asif İbrahimovun bir iqtisadiyyatçı ekspert kimi baş verən hadisələrə münasibətini çatdırırıq.

Ticarət obyektləri qapadılanda “Bakı xəbər” qəzeti, “Aztimes.az” və “Qaynarinfo.az” saytları vasitəsi ilə Ticarət obyektlərinin qapadılması əvəzinə sanitar gigiyenik-qaydaların sərtləşdirilməsini təklif etmişdim.Bu istiqamətdə ciddi maarifləndirmə işləri aparmaq lazım idi.Sahə həkimləri bir-bir qapıları döyüb həm mümkün xəstəlik daşıyıcılarını müəyyən edərək təcrid etməli, eyni zamanda maarifləndirmə işləri aparmalı idi.Bundan başqa gələcək qərarların düzgünlüyünü təmin etmək məqsədi ilə bütün vətəndaşlardan testlər götürülməli, müalicə zərurəti olan vətəndaşlarımız müəyyən edilməli idi. Paralel olaraq bir çox qabaqcıl istehsal modellərini, beynəlxalq standartları gündəlik həyatımızda tətbiq edərək yaşadığımız, işlədiyimiz, istifadə etdiyimiz bütün məkanları steril, təhlükəsiz məkanlara çevirə bilərdik. Nümunə olaraq qeyd edim ki, bir çox istehsal sahələri yüzlərlə fiziki, bioloji və kimyavi təhlükələrin yaratdığı risklərlə üz üzə qalır.Lakin yaradılan steril mühit, qabaqlayıcı tədbirlər və aparılan sanitar-gigiyenik tədbirlər hesabına bu təhlükələrin qarşısı alınır, kütləvi zəhərlənmələrin, yoluxmaların, ətraf mühitə və insan sağlamlığına zərər verə biləcək potensial qüvvələr nəzarət alrına alınır.Bu pandemiya dönəmində də ticarət obyektlərini qapatmadan da bəzi vasitələrdən və metodikalardan istifadə etməklə bir çox neqativ halların önünə keçə bilərdik. Çox təəssüflər olsun ki, verilmiş qərarlar bu qərarları qəbul edənlərin nə qədər qeyri-peşəkar və delitant ( həvəskar) olduğundan xəbər verir. Bunun əvəzinə bu “mötəbərlər” xalqımız məsuliyyətsiz və buna bənzər ifadələrlə təhqir də edirlər.Axı o məsuliyyətsiz dediyiniz insanlar mahiyyətini dərk etmədiyi bir xəstəliyin ciddiyətini necə başa düşə bilər? Hələ ki, sosial problemlərinin mövcud olduğu, təcridlər üzündən gərginliyi olduğu bir vaxtda… Sosial cəhətdən təmin edilməmiş insanı evdə bağlasınız da evdən çıxmağın leqal və illeqal yolunu tapacaq. Bir daha təkrar edirəm ki, koronovirusla mübarizə fonunda aparılan işlər qeyri-peşəkarcasınadır.Bu səriştəsizliyiniz nəticəsi hələ Azərbaycan üçün uzun illər təhlükə mənbəyi olaraq qalacaq.Çünki nə əhalinin sosial,psixoloji durumu, nə də milli iqtisadiyyatımız uzun illər özünə gələ bilməyəcək