Çoxdan gəlmədiyi evində divanın üstündə oturan skelet aşkarladı – FOTO

0
201

Atılmış evdə divanın üstündə oturan skelet aşkarlanıb.

Bu barədə Terefsiz.az  “Asia One”-a istinadən xəbər yayıb.

Bildirilir ki, hadisə İndoneziyanın Bandunq şəhərində qeydə alınıb.

Məlumata görə, 2014-cü ildə Yohan Risman ikimərtəbəli kənd evi alıb. Bina həmin vaxtdan etibarən boş qalıb. 2019-cu ilin may ayında Rismanın köməkçisi Saherman həyət-bacanı təmizləmək üçün gəlib, ancaq içəri girməyib.

Bir neçə gün öncə o, evi yoxlamaq üçün yenidən gəlib. Həyətə girəndə Saherman kiminsə qazonu səliqəyə saldığını və həyətdə kök bitkiləri yeyilən kassava əkdiyini görüb. Pəncərələr yerindən çıxarılıb, qapı isə açıq olub.

Saherman içəri girdikdə divanın üstündə oturaq vəziyyətdə skelet aşkarlayıb. Ölənin əynində ancaq mavi plaş olub.

Yerli polis idarəsindən bildirilib ki, baş verənləri araşdırmaq çətin olacaq, çünki tapıntı haqqında çox az şey məlumdur. Baş verənlərin şahidi yoxdur.

Skelet ekspertizaya göndərilib. Ölənin cinsi və kimliyi məlum deyil. Araşdırmanın nəticələri 10 gündən sonra açıqlanacaq.

istinad:oxu.az