CSKA və “Qalatasaray” Olimpiya çempionundan ötrü mübarizə aparacaqlar

0
164

Braziliya millisinin və “İnternasional”ın yarımmüdafiəçisi Rodriqo Durado Moskvanın CSKA klubunun maraq dairəsindədir.

Terefsiz.az xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçiyə “Qalatasaray” klubu da “elçi” düşüb.

Braziliyalının “İnternasional”la müqaviləsi dekabrda bitir, onun transfer qiyməti isə təqribən altı milyondur.

2016-cı ildə Durado Braziliya millisinin tərkibində Olimpiya çempionu olub.