“Çukur” məhkəməyə verildi – Serialın yayımı dayandırıla bilər

0
217

“Show TV”də yayımlanan reytinqli “Çukur” məhkəməyə verilib. 

Terefsiz.az xəbər verir ki, vəkil Funda Sadıkahmet serialda peşəsinin alçaldılması və təhqir olunması səbəbindən məhkəməyə müraciət etdiyini açıqlayıb.

Serialın 29-cu bölümündə vəkil obrazı fiziki zorakılığa məruz qalıb. Həmçinin ona qarşı mənəvi cəhətdən də təhqirlərə yol verilib.

Vəkil şikayətində serialın yayımlandığı “Show TV” və “Ay Yapım” şirkətinin adı qeyd olunub. Funda Sadıkahmet israrla məhkəmədən hər iki şirkətin cəzalandırılmasını tələb edib.

“Çukur” serialı gənclərə pis örnək olur. Serialda vəkillik sənəti təhqir olunaraq onun etibarsızlaşmasına şərait yaradılır. Vəkilə qarşı edilən şiddət  sənətimizin ayaqlar altına alınmasına, vəkillərə istənilən bir işi zorla gördürə bilməsinə səbəb ola bilər. Tamaşaçıların gözündə vəkilin belə bir obrazda verilməsi cinayətdir”, – deyə vəkil bildirib.

Qeyd edək ki, Türkiyənin Radio və Televiziya Ali Şurası da “Çukur”u cəzalandırıb.

Serialda həddən artıq şiddət səhnələrin çoxluğu cəzaya səbəb olub. Seriallar haqqında hesabatı gündəmə gətirən ali orqan “Çukur”a yekdilliklə Qanunun səkkizinci maddəsini sərt şəkildə pozduğuna görə inzibati cərimə sanksiyası tətbiq edib.

Sevinc Yasinqızı  

istinad:oxu.az