“Cyberpunk 2077” payızadək təxirə salındı

0
149

CD PROJEKT RED studiyası “Cyberpunk 2077” oyununun təqdimatının təxirə salındığını elan edib.

Terefsiz.az News.ru-ya istinadən xəbər verir ki, oyunu 16 aprel yox, 17 sentyabr tarixində əldə etmək olacaq.

Məlumata əsasən, oyun müəllifləri oyunu daha da təkmilləşdimrək və sınaqdan keçirmək niyyətindədirlər.

Qeyd etmək lazımdır ki, oyunda baş qəhrəmanı dünyaca məşhur aktyor Kianu Rivz canlandıracaq.

Süjetə görə, Conni Silverhend adlı muzdlu ölümsüzlük bəxş edən avadanlığı tapmaq üçün Nayt-Siti şəhərini qarış-qarış axtararaq, çoxlu düşmənlərlə üz-üzə gəlməlidir.

Oyun PS4, Xbox, PC və sair konsollarda oynanıla biləcək.

istinad:oxu.az