Rusiyanın Kareliya rayonunda yaşayan qadın polisə müraciət edib.
Terefsiz.az bildirir ki, 12 yaşlı nəvəsinin məktəbə getməmək üçün evdən qaçdığını deyən qadın, nəvəsinin əvvəllər atası və onun sevgilisi ilə Peterburqda yaşadığını, dəfələrlə oradan qaçıb nənəsinin yanına gəldiyini bildirib.
Bu dəfə isə o, dərs oxumaqdansa, kompüter oyunları oynamaq üçün “avtostop”la atasının yanına qaçmaq qərarına gəlib.
Rosbalt.ru-nun xəbərinə görə, Nevski rayonunda tapılan qaçaq məktəbli xəstəxanaya yerləşdirilib.
istinad:oxu.az