Dəbdəbə uğrunda dibə

0
266

Hər gün daha çox məyus oluram. Bir xalq olaraq biz axı bu cür duruma düşməməliyik. Dünən sosial şəbəkələrin birində bu cür skrin gördüm. İnsanların dəbdəbəli həyat sürmək istəyi normal qarşılana bilər. Amma nəyisə sırf bu cür icarəyə almaq istəyi heç də normal deyil. İnsanların olduqlarından daha varlı, daha imkanlı görünmək istəyi onları hətta bahalı marka telefonları günlük, həftəlik, aylıq icarəyə götürməyə sövq edir. Bu cür düşüncəylə biz hara gedirik? Başqası nə deyər və başqası üçün daha yaxşı olmaqdan ötrü hər cür addım atmağa hazır olan şəxslər cəmiyyətə nə fayda verə bilər ki? Lap götürək ki, şəxs fayda vermək istəmir cəmiyətə. Özünə və ətrafına da mənfi təsir göstərir. Bu cür davranışlar maniya yaradır. Vəziyyət kritik həddə çatmağa doğru gedir. Böhran təkcə insanları ağır vəziyyətən çıxarmağa stimul yox, bəzilərini əksinə daha da dibə salmağa yardımçı olur. Amma bütün günahlar fərdin öz üzərindədir. Öz həyatını yaşamaqdansa, başqasını yamsılamaq, özlərini onlara bənzətmək iddiası sonrada psixi problemlərə gətirir.

Öz həyatınızı yaşamağa çalışın. Hal-hazıra hər kəsə çətindir. Maddi vəziyyət günü-gündən ağırlaşır. Siz özünüz bu cür şəraitdə özünü daha da dibə salırsız. Seçim sizindir. Unutmayın ki seçimlərimiz gələcəyimizi müəyyən edir.

müəllif: Xanım Əliyeva

TEREFSİZ.AZ