Dəfnə yarpağının faydaları – Video

0
360

Dəfnə həmişəyaşıl ağacdır. Yazda və qışda yarpağını tökməz. Aromatik bitki olan dəfnənin qoxusu xoşdur. Dünyanın dəfnə yarpağına olan ehtiyacının 80 faizini Türkiyə qarşılayır. May və oktyabr ayları arasında toplanan dəfnə yarpaqları daha təsirlidir. Meyvələri əvvəl yaşıl olur, daha sonraları qara bir rəng alır.

Dəfnə yarpağı, yeməklərə ləzzət vermək məqsədiylə istifadə edildiyi kimi tibbi təsirləri də var. Dəfnə yarpağından çay və natural dərman istehsalında, kosmetik sənayedə istifadə edilir. Eyni zamanda meyvəsinin yağından da müxtəlif məqsədlərlə yararlanırlar.

Dəfnə yarpaqlarından mətbəxdə də geniş istifadə olunur. Ondan şorba, balıq, ətli xörəklərə. turşulara qoxu vermək istifadə edilər.

Dəfnə meyvələrindən əldə edilən dəfnə yağı antiseptik xüsusiyyətə malikdir. Bu yağ mikrob öldürücü, sidikqovucu, tərlədici, spazma götürücü, ağrıkəsici təsirlərə malikdir.

Dəfnə yarpaqlarından hazırlanan sabunlarla duş qəbul etmək gərginlik və ağrılara, revmatizm ağrılarına, əzələ yorğunluqlarına yaxşı təsir göstərir.

3 ovuc dəfnə yarpağını 1 litr qaynar suda 5 dəqiqə vam odda qaynatdıqdan sonra onu ilıq su dolu ləyənə tökür, duş qəbulunda istifadə edirlər. Duş müddəti ən çox 30 dəqiqədir.

Dəfnə yağı dəfnə ağacının zeytuna bənzəyən meyvəsindən çıxarılır və ondan hazırlanan sabun saç və dəri sağlamlığı üçün istifadə edilir.

Dəfnə yağı ən çox saç tökülməsinə qarşı istifadə edilir. O, saç tellərini gücləndirir, kəpəklənməyi azaldır.

Revmatizm narahatlıqlarında masaj yağı içərisinə dəfnə yağı da qarışdırılar ki, bu da xeyirli olur, ağrıları azaldır.

Dəfnə yağı saçlara yumşaqlıq və parlaqlıq qazandırır. Dəfnə sabunu antiseptik və nəmləndirici təsirə sahib olduğundan saçın kəpəklənməsininin qarşısını almaqla yanaşı, saçda göbələk meydana gəlməsinə mane olur.

Dəfnə sabunu saç diblərindəki məsamələri açar və saçların bərpasına kömək edər. Amma istifadə etdiyiniz sabunun gerçək dəfnə sabunu olduğundan əmin olmanız lazımdır. Gerçək dəfnə sabunu özünə xas iti qoxulu və açıq qəhvəyi-yaşıl rəngdədir. 1-2 çay qaşığı qurudulub üyüdülmüş dəfnə yarpağını 1 stəkan qaynar su içində 10 dəqiqə isladın, içərisinə bir çay qaşığı dəfnə yağı, bir çay qaşığı da zeytun yağı əlavə edin, saç diblərinə sürtün, yarım saat gözləyin, təbii dəfnə sabunu ilə yuyun. Nizamlı olaraq həftədə bir dəfə tətbiq etsəniz, kəpək probleminiz olmaz.

Dəfnə yağı dəri xəstəliklərində istifadə edilə bilər Hamilələrin istifadə etməsi təhlükəlidir. Dəfnə yağı allergiyaya səbəb ola bilər. Ona görə də allergik insanlar ondan istifadə etməməlidirlər. Dəfnə yarpağının qurudulmuşu ilə təzəsinin tərkibində heç bir dəyişiklik olmur. Yarpağı xlorofillə zəngindir. Yaşıl olması onunla əlaqədardır. Tərkibində efir yağları, üzvü turşular çoxdur.

Xörəklərdə dəfnə yarpağından istifadə mədə-bağırsağa xeyirlidir. Körpələrin rahat yatması üçün onların balışının altına dəfnə yarpağı qoyurlar. Bu, beyin qan dövranını yaxşılaşdırır. Dəfnə yarpağı şəkər xəstəliyinə də xeyirlidir. Ondan məişətdə də geniş istifadə edilir. Məsələn, bit-birə əleyhinə yaxşı vasitə sayılır. Ağızda stomatitlər zamanı dəfnə yarpağə çeynəmək çox effektivdir. Ağız qoxusunu götürür. Ancaq dəfnə yarpağından çox istifadə etdikdə qanı laxtalandırır. Ona görə də çox işdədən adamlar qanın laxtalanmasını yoxlatdırsalar yaxşıdır.