“Dəmir Bank”ın əmlakı yenidən hərraca çıxarılır

0
94

Avqustun 31-də “Bakı Hərrac Mərkəzi” MMC-də ləğv prosesində olan “Dəmir Bank” ASC-nin daşınmaz əmlakının satışı üzrə təkrar açıq hərrac keçiriləcək.

“Terefsiz.az” xəbər verir ki, bu barədə bankın ləğvedicisi – Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) məlumat yayıb.

Məlumata görə, söhbət Quba rayonunun Zərdabi qəsəbəsindəki 0,13 hektar torpaq sahəsində yerləşən 1 221,4 kv.m-lik qeyri-yaşayış sahəsindən gedir. Əmlaka 170 min manat qiymət qoyulub.

terefsiz.az