Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə, Bakı şəhərinin Sabunçu rayonunda, dənizdə, qeyri-çimərlik (nəzarətsiz) ərazidə 1 nəfərin batması barədə məlumat daxil olub.
Terefsiz.az bildirir ki, FHN-dən verilən məlumata görə, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. Əlavə məlumat veriləcək.
İstinad: Publika.az
Terefsiz.az