Dənizdə boğulmanın əsl səbəbi – Video

0
290

Çox insan dənizdə boğulma hadisələrinin insanların üzməyi bilməməsindən və ya diqqətsizlikdən baş verdiyini düşünür. Ancaq ən yaxşı üzgüçülər belə dənizdə boğula bilər.

Bunu səbəbi isə sualtı axıntılardır. Bu hadisə dənizdə qarşılaşacağınız ən təhlükəli hadisələrdən biridir. Sıradan üzgüclərdən tutun, professionallar daxil, hər kəsi öldürə bilər. Bu ölümlərin səbəbi isə daha cox insanların bu vəziyyətdə nə etməli olduğunu bilmədiklərindən qaynaqlanır. Necə? Axıntıya düşdüyünüz an ona qarşı üzməyə çalışarsız, ancaq bu heç bir işə yaramaz. Bu zaman qorxmağa başlayıb, özünüzü itirərsiniz, ancaq bunu heç bir faydası olmaz. Bu axıntılara hər dənizdə rast gələndə bunların ən şiddətliləri Meksika Körfəzi və Azov dənizindədir. Bu axıntıların yaranmasının ən böyük səbəbi qabarma – çəkilməsi zamanı dənizin bəzi hissələrindəki su kütləsinin yüksək təzyiqlə qarşılaşmasıdır.  Şəkilə yaxşı baxın. Sahilə çatmış su kütləsinin necə geriyə çəkilməsi açıq – aşkar görünür. Bu şəkildə isə tərs istiqamətdə axın görsənir ve bu axına qərq olmuş şanssız insanlar

Sualtı axınları əsasən, dar olur. Sadəcə 2-3 metr və saatda 4-5 km sürətlə hərəkət edər. Bu axınların elə də təhlükəli olmayanıdır. Ancaq bu axınların 50 metr enində və 200-400 metr uzunluğunda, saatda 15 km sürətlə hərəkət edənləri də vardır. Bəs bu dalğalar əvvəldən necə təyin olunmalıdır:

1. Ərazidə sahilə dik vəziyyətdə axan bir su kanalı varsa;

2. Sahilə yaxın fərqli rəngdə su varsa; (əsasən yaşıl və açıq mavi olur)

3. Dənizə tərəf sabit olaraq, axan köpüklənən və ya dəniz bitkilərindən ibarət olan bir bölgə varsa;

Deyilən 3 faktla qarşılaşdıqda şansınız var. Çünki axıntıya düşməmisiniz və ordan çıxmaq şansınız var. Yox, əgər bu 3 faktla qarşılaşmadınızsa, bu yaxşı xəbər deyil. Çünki axıntılar çox vaxt gözə görünmür. Unutmayın! Əgər sinənizə qədər axıntının içinə düşdünüzsə, bu sizi sahildən çox uzaqlara apara bilər. Bəs bu axıntıya düşərsək nə etməliyik?

1. Qorxmayın! Əgər qorxsaz, bu sizə psixoloji təsir edə bilər və düz qərar verməyinizə mane olar. Unutmayın, bu axıntıya düşən zaman nə etməli olduğunu bilirsinizsə, axıntıdan çıxmaq şansınız var.

2. Gücünüzü qoruyun! Sahilə doğru üzməyə çalışmayın, bu heç bir xeyir verməz və gücünüzü itirməyinizə səbəb olar. Bunun yerinə sahilə paralel üzməyə çalışın. Əgər su axıntısı dar isə axıntıdan çıxmaq şansınız çoxdur.

3. Axıntı geniş isə nə etməli? Bu vəziyyətdə sahilə paralel üzmək belə cox rahat olmayacaq. Bu sizi qorxutmasın. Özünüzü rahat hiss edin və biraz gözləyin. Çünkü tərs axıntı az-çox 5 dəqiqə çəkir.

Axıntıların dayandığı zaman isə ilk olaraq, 50 -100 metr sahilə paralel üzün. Daha sonra sahilə tərəf üzün. Axıntının eyni yerdə yenidən başlama ehtimalı böyükdür. Ona görə axıntının baş verdiyi tərəfdən üzməyə çalışmayın.

Axıntılar haqqında bilməniz lazım olan 3 fakt:

1. Bu axıntılar sizi heç vaxt suyun dibinə dartmaz. Sadəcə su üzündə baş verən bir hadisədir.

2. Sualtı axınlarının eninin mütləq bir sərhəddi var. Faktiki olaraq, eni 50 metri keçməz. Bu axıntının böyüklüyünə görə dəyişir.

3. Sualtı axıntılarının uzunluğunun mütləq sərhəddi var. Dalğa uzandıqca öz təsirini itirər və zəifləyər. Daha çox insanın öyrənməsi və tədbirli olması üçün bu videonu paylaşın!

Bu gün sizin, sabah başqasının başına gələ bilər. Unutmayaq ki, ölkəmiz Xəzər dənizinin sahilində yerləşir.

Terefsiz.az