Dağıstan rəhbəri Azərbaycana səfərə hazırlaşır

0
151

Dağıstan Respublikasının rəhbəri Vladimir Vasilyev Azərbaycana işgüzar səfərə hazırlaşır.

Terefsiz.az xəbər verir ki, bu barədə V.Vasilyev özü jurnalistlərə açıqlama verib.

Onun sözlərinə görə, 2020-ci ildə Mahaçqala-Dərbənd-Bakı sürətli qatarının yola salınması planlaşdırılıb.

Bu məsələ vətəndaşlar arasında çox maraqla qarşılanacaq, çünki bu zamana kimi mövzu ilə bağlı çox suallar almışıq.

Dağıstan rəhbəri Dağıstanla Azərbaycanın çox yaxın və etibarlı münasibətlərə sahib olduğunu da qeyd edib.