Dağıstanda baş verən atışmanın səbəbi məlum oldu – AÇIQLAMA/VIDEO

0
239
İyunun 16-a keçən gecə Azərbaycan vətəndaşları ilə Dağıstan polisi arasında qarşıdurmanın səbəbi bəlli olub.  Belə ki, sərhəddə ilişib qalmış vətəndaşlar onlardan daha sonra  sərhədə yığılanların adlarının rəsmi Bakı tərəfindən göndərilən siyahıda gördüklərindən etiraz ediblər, bunu hazırda 2 aydan çoxdur sərhəddə qalan və adının anonim saxlanılmasını istəyən vətəndaş anews.az-a bildirib. 
“Hər həftə 90-120 arası azərbaycanlı vətəndaş Azərbaycan tərəfə keçir. Dünənki qarşıdurmada məhz bu siyahı üzərində başlayıb. Dağıstan polisi vətəndaşlara yaxınlaşaraq sərhəddi keçmək üçün siyahıya alınan 90 nəfərin adını açıqlayıb.Qarşıdurmada məhz bu zaman yaşanıb. Çünki  həmin siyahıda sərhəddə yığışan vətəndaşlardan yalnız 14-15 nəfərin adı çıxıb. Digərləri başqa yerdə olan Azərbaycan vətəndaşlarının adı olub. Qarşıdurma zamanı bir dağıstanli polisin və 2 azərbaycanlının öldüyü barədə məlumatlar var”, – o, bildirib.

Sərhəddə qalan vətəndaş onu da qeyd edir ki, orda qalan insanların vəziyyəti çox acınacaqlıdır. Onların durumu ilə heç kim maraqlanmır. “Hörmətli səfir Polad Bülbüloğlu özünə yubliyey keçirir və bu qədər insanların problemi ilə maraqlanmır.Yalnız burda imkanlı iş adamlarının sayəsində vətəndaşlara dəstək olur. Burda yaşayan azərbaycanlı iş adamı Tamerlan Əliyev 180 nəfər azərbaycanlı vətəndaşı öz hesabına otelə yerləşdirərək onlara bu günə qədər maddi dəstək olub”, – vətəndaş bildirib. .

Adının açıqlamasını istəməyən vətəndaşımız onu da dedi ki,  bu gün 150 soydaşımız Azərbaycan tərəfinə keçirilib.
Hazırda Dağıstanla sərhəddə qalan başqa bir Azərbaycan vətəndaşı  isə bildirir ki,  o, pandemiya dönəmində xaricdə qalan Azərbaycan vətəndaşları üçün açılmış portalda apreldə qeydiyyata düşüb və mayın 18-dən Rusiya-Azərbaycan sərhədindədir. Amma bu gün  sərhədi keçənlər arasında heç 10 gün deyil ki , sərhədə gəlmiş vətəndaşlarımız var.
“1991-ci ildə atamı itirmişəm. Anam məni təkbaşına böyüdüb. Himayəmdə iki azyaşlı iuşağım var. Bura  qazancüçün 3 ay deyildi həlmişdim ki, sərhədlər bağlandı. İndi  evə qayıtmaq istəyirəm. Rusiyaya gəlməyimə də peşman olmuşam. Adım həm portalda qeydiyyatdan keçib , həm də Rusiya FHN nümayəndəsi tərəfindən qeyd olunub. Mənə kömək edin ki, ailəmin yanına gedim”, – deyə o, bildirir.
Həmin vətəndaşın dediyinə görə,  hazırda 80 nəfərə qədər vətəndaşımızın polis tərəfindən saxlanılıb.
Azərbaycan Prezidentinin xarici siyasət üzrə köməkçisi Hikmət Hacıyev baş vermiş hadisəyəı münasibət bildirib.

Hikmət Hacıyev baş vermiş hadisədən təəssüfləndiyini bildirərək qeyd edib ki, artıq 20 mindən çox azərbaycanlının ölkəyə qayıdışı təmin edilib.

“Həftəlik qrafik çərçivəsində 19 mayda 120 nəfər, 26 mayda 131 nəfər, 2 iyunda 122 nəfər, 9 iyunda 130 nəfər vətəndaş “Samur” sərhəd buraxılış məntəqəsindən ölkəmizin ərazisinə keçib. Həmçinin bu həftə “Evə gedirəm” portalı vasitəsilə qeydiyyata düşmüş vətəndaşların Bakı-Moskva-Bakı çarter reysi ilə geri qaytarılması da nəzərdə tutulub”,  deyə Hacıyev vurğulayıb.
Dərbənd rayon polis idarəsindən isə bildirdilər ki, dünənki qarşıdurma zamanı və polis, nə də Azərbaycan vətəndaşlarından ölən olmayıb. Saxlanılanlar var,  araşdırma aparılır.
 
Gülnar Nazimqızı
Video: Mahir Rüstəmli