Daha bir icra başçısı DTX tərəfindən tutuldu.

0
249

Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılan Vilyam Fəhralı oğlu Hacıyev 8 ildir İmişli Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindədir.

Terefsiz.az xəbər verir ki, o, bu vaxta qədər 2 rayona başçılıq edib.

Qeyd edək ki, Vilyam Hacıyev 10 avqust 1957-ci ildə Azərbaycan Respublikasının Göygöl şəhərində anadan olub.

Vilyam Hacıyev 26 mart 2004-cü ildən 7 fevral 2006-cı ilə qədər Göygöl Rayon İcra Hakimiyyətinin, 7 fevral 2006-cı ildən 14 aprel 2012-ci ilə qədər Samux Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.

DTX tərəfindən saxlanılan İmişlinin icra başçısı Vilyam Hacıyevin sərvəti ilə bağlı mətbuatda dərc edilmiş siyahnı təqdim edir. 

▪️ Bakıda, Həsən Əliyev küçəsində villa
▪️ Bakı, “Sahil” metrosu üzərindəki çoxmərtəbəli binada 5 otaqlı mənzil
▪️ Bakı, Nərimanov rayonu, S. Rəhman küç. ev 45 ünvanında mənzil

▪️ Bakı, Teymur Əliyev küç. “Milyonerlər məhəlləsi”ndə qiyməti 25 milyon manat civarında olan villa
▪️ İmişli rayonunda, H. Əliyev küç. ev 126 ünvanında mənzil
▪️ Gəncə şəhəri, Yeni Gəncə küç. ev 53 ünvanında mənzil
▪️ Dubayda milyonluq biznesi
▪️ Qazaxıstanda tikinti biznesi
▪️ İmişli, Daşkəsən, Gəncə, Göygöl rayonu və Bakıda müxtəlif ticarət obyektləri, torpaq sahələri, şadlıq evləri, mülkləri mövcuddur.

Oğlu Məhəmməd Hacıyev Nərimanov Rayon Prokurorluğunun əməkdaşı olub. V.Hacıyevin oğlu Məhəmməd Hacıyevin avtomobil kolleksiyası:

▪️ 10-PP-369 dövlət nömrə nişanlı “Bentley”
▪️ Eyni nömrə nişanlı “Land Rover”
▪️ 90-AA-369 dövlət nömrə nişanlı “Mercedes S class”
▪️ Həmçinin son model “Mercedes Gelandewagen”.