Daha bir ölkə NATO-ya üzv oldu

0
104

Şimali Makedoniya hökuməti NATO-ya üzvlük haqqında yekun sənədə imza ataraq, hərbi alyansın sıralarına qoşulub.

Xəbəri “Associated Press” agentliyi yayıb.

Sənədə yekun imzanı Şimali Makedoniyanın prezidenti Stevo Pendarovski atıb.

NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, hərbi alyans özünün növbəti üzvünü sıralarında görməkdən məmnundur.

Məlumat üçün qeyd edək ki, Şimali Makedoniya Şimali Atlantika Müqaviləsi Təşkilatına (NATO) qoşulan 30-cu ölkədir.

istinad:oxu.az