Daha bir ölkə Ermənistana silah veribmiş

0
135

Tefsiz.az xəbər  verir  ki, İordaniya  Krallığı  Ermənistanı silahlandırıb. Bu barədə  haqqın.az  saytı  hərbi  mənbələrə  istinadən  məlumat yayıb.

Sayt bildirib ki,İordaniya ilə  Ermənistan  arasında  hərbi əməkdaşlığın əsası 2019-cu ildə qoyulub.Həmin vaxt  Ermənistan prezidenti Əmana rəsmi səfər  etmişdi.  Kral II Abdullahın 2020-ci ilin fevral ayında İrəvana səfəri  Ermənistanla hərbi-texniki əməkdaşlığı xeyli sürətləndirdi.

Hazırda İordaniya ilə Ermənistan arasında sıx hərbi-texniki əməkdaşlıq geniş bir sahəni əhatə edir, o cümlədən İrəvana silah və döyüş sursatı, xüsusilə də İordaniyada istehsal olunan RPG-32 əl qumbarası  satılır.