Tefsiz.az xəbər verir ki, İordaniya Krallığı Ermənistanı silahlandırıb. Bu barədə haqqın.az saytı hərbi mənbələrə istinadən məlumat yayıb.
Sayt bildirib ki,İordaniya ilə Ermənistan arasında hərbi əməkdaşlığın əsası 2019-cu ildə qoyulub.Həmin vaxt Ermənistan prezidenti Əmana rəsmi səfər etmişdi. Kral II Abdullahın 2020-ci ilin fevral ayında İrəvana səfəri Ermənistanla hərbi-texniki əməkdaşlığı xeyli sürətləndirdi.
Hazırda İordaniya ilə Ermənistan arasında sıx hərbi-texniki əməkdaşlıq geniş bir sahəni əhatə edir, o cümlədən İrəvana silah və döyüş sursatı, xüsusilə də İordaniyada istehsal olunan RPG-32 əl qumbarası satılır.