PSJ qapıçısı Kevin Trappı birdəfəlik satıb.
Terefsiz.az saytı xəbər verir ki, o, ötən mövsüm icarə əsasında çıxış etdiyi “Ayntraxt”a transfer olunub. 29 yaşlı qolkiperlə 5 illik müqavilə imzalanıb.
Fransa mətbuatı PSJ-nin bu transferdən 7 milyon avro qazandığını yazıb.
Qeyd edək ki, Trapp ötən mövsüm Bundesliqada 33 matçda 47 qol buraxıb.
Terefsiz.az