Damağında tük bitən qadın həkimləri çaş-baş qoyub – FOTO

0
134

İtalyan qadın həkimlərə müraciət edərək, diş ətində çıxan tüklərdən şikayət edib.

“RİA Novosti”nin məlumatına görə, qeyri-adi pasiyent barədə “Oral Surgery, Oral Medicine, Oral Pathology, Oral Radiology” jurnalında məlumat verilib.

O, ilk dəfə 2009-cu ildə həkimlərə müraciəti edib. Onun damağında kirpiyə oxşayan tüklər çıxıb. İndiyə qədər tibdə bu hal beş nəfərdə görülüb, onların hamısı kişi olub.

Qadında tüklər cərrahi müdaxilə ilə götürülüb və hormonal preparatlar təyin olunub. Müalicə bir müddət effekt versə də, illər sonra tüklər daha çox sayda çıxmağa başlayıb.

Bu dəfə tibb işçiləri nəinki tükləri çıxarıblar, həmçinin, analiz üçün toxuma nümunələri götürüblər. Ancaq fenomenin səbəbi barədə ekspertlər bir nəticəyə gələ bilməyiblər. Onlar italyan qadının hormonal fonu korrektə edəcək dərmanları ömür boyu qəbul etməli olacağını istisna etməyiblər.

istinad:oxu.az