Danimarkanın Ankaradakı səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.
“Terefsiz.az” xəbər verir ki, bu bardə Türkiyə XİN tviterdə məlumat yayıb.
Nazirlikdən verilən açıqlamada deyilir:
“Danimarkada müqəddəs kitabımız Qurani-Kərimə və şanlı bayrağımıza qarşı törədilən alçaq hücumu bir daha qınayırıq. Bütün xəbərdarlıqlarımıza baxmayaraq, azadlıq pərdəsi altında bu alçaq hücumlara icazə verilməsi qəbuledilməzdir. Bu məsələ ilə bağlı mövqeyimiz Danimarkanın Ankaradakı səfirinə çatdırılıb”.