Bruney sultanlığında eynicinsli əlaqələr, zinakarlıq, yəni ərin arvada, yaxud arvadın ərə xəyanəti və zorlamaya görə daş-qalaq edilməklə ölüm cəzası qüvvəyə minib. Oğurluq üçün isə əlin amputasiyası nəzərdə tutulur.
Terefsiz.az saytı xarici İslam saytlarına istinadla xəbər verir k, bu haqda “Human Rights Watch” insan hüquqları təşkilatı məlumat yayıb. Ölkənin Cinayət Məcəlləsinə müvafiq dəyişikliklər aprelin 3-dən qüvvəyə minib. Təşkilat iddia edir ki, yeni cəza növləri uşaqlara da aid ediləcək.
Şəriət qanunlarına əsaslanan yeni Cinayət Məcəlləsi Bruneyde 2014-ci ildən tətbiq edilməyə başlayıb. Hökumət insan haqları təşkilatlarının tənqidləri ilə əlaqədar cəzaların qüvvəyə minmə prosesini tədricən həyata keçirməyi qərara alıb.
Terefsiz.az