DÇ-2022: E və F qruplarında ilk turun görüşlərinə yekun vurulub

0
96

Qətərdə keçirilən dünya çempionatının E və F qruplarında I tur matçları oynanıb.

“Terefsiz.az”ın məlumatına görə, E qrupunun ilk oyununda sensasiya qeydə alınıb. Yaponiya millisi Almaniyanı 2:1 hesabı ilə məğlub edib.

Hesabı 33-cü dəqiqədə Bundestimdən İlkay Gündoğan açıb. İngiltərənin “Mançester Siti” klubunda çıxış edən yarımmüdafiəçi penaltini dəqiq yerinə yetirib. İlk hissə bu hesabla başa çatıb. İkinci yarıda əzmkarlıq nümayiş etdirən Asiya təmsilçisi 2 qol vuraraq, sensasiyaya imza atıb. 75-ci dəqiqədə Ritsu Doan hesabı bərabərləşdirib. Cəmi 8 dəqiqə sonra isə Takuma Asano görüşdə son nöqtəni qoyub.

İspaniya millisi dünya çempionatına darmadağınla başlayıb.

E qrupunun ilk turunda Kosta Rikanı sınağa çəkən Avropa təmsilçisi 7:0 hesablı qələbə qazanıb.

Hesabı 11-ci dəqiqədə Dani Olmo açıb. Bu, ispaniyalıların mundiallarda 100-cü qolu kimi tarixə düşüb. 21-ci dəqiqədə Marko Asensio 2-ci topu Kosta Rikanın qapısından keçirib. 31-ci dəqiqədə Ferran Torres penaltini dəqiq yerinə yetirib. 22 yaşlı hücumameylli yarımmüdafiəçi 54-cü dəqiqədə dubl edib. 74-cü dəqiqədə Qavi fərqlənib. 90-cı dəqiqədə Karlos Soler Kosta Rikanı 6-cı dəfə meydanın mərkəzinə dəvət edib. 90+2-ci dəqiqədə isə Alvaro Morata yekun hesabı müəyyənləşdirib.

I turdan sonra İspaniyaYaponiya kollektivlərinin 3 xalı var. AlmaniyaKosta Rika seçmələri isə xalsızdır.

F qrupunun ilk oyununda isə MərakeşXorvatiya komandaları üz-üzə gəlib.

Qarşılaşma qolsuz bərabərliklə yekunlaşıb.

Qrupun ikinci oyununda Belçika millisi Kanada ilə qarşılaşıb.

Matçın taleyini bir qol həll edib. 44-cü dəqiqədə fərqlənən Mişi Batşuayi “qırmızı şeytanlar”a qələbə qazandırıb. 11-ci dəqiqədə Şimali Amerika təmsilçisindən Alfonso Deyvis penaltidən yararlana bilməyib.

I turdan sonra Belçika 3 xalla qrupa başçılıq edir. Hərəyə 1 xalı olan XorvatiyaMərakeş yığmaları 2-3-cü yerləri bölüşdürür. Xalı olmayan Kanada isə sonuncudur.

terefsiz.az