DÇ-2022: Mərakeş və Fransa milliləri yarımfinala vəsiqə qazanıb

0
65

DÇ-2022-də 1/4 final mərhələsinə yekun vurulub.

“Terefsiz.az” xəbər verir ki, 2-ci oyun günündə 2 matç keçirilib.

Günün ilk oyununda Portuqaliya millisi Mərakeşlə üz-üzə gəlib. “Əl Tumama” stadionunda oynanılan görüşdə 1:0 hesabı ilə qalib gələn Mərakeş tarixində ilk dəfə yarımfinala yüksəlib. Digər oyunda İngiltərə və Fransa yığmaları qarşılaşıb. Fransa millisi 2:1 hesablı qələbə ilə yarımfinala yüksəlib.

Qeyd edək ki, 1/4 finalın digər 2 oyunu dekabrın 9-da oynanılıb. Xorvatiya Braziliyanı, Argentina isə Niderlandı məğlub edərək, yarımfinala yüksəlib.

DÇ-2022, 1/4 final mərhələsi

10 dekabr

 

23:00. İngiltərə – Fransa – 1:2 

Qollar: Aurelien Tçuameni, 17 (0:1), Harri Keyn, 54-pen. (1:1), Olivye Jiru, 78 (1:2)

Baş hakim: Uilton Sampayo (Braziliya)

“Əl Bayt” stadionu

19:00. Mərakeş – Portuqaliya – 1:0 

Qol: En Nesiri42

Qırmızı vərəqə: Keddira, 90+3 (Mərakeş)

Baş hakim: Fakundo Telyo (Argentina)

“Əl Tumama” stadionu

 

terefsiz.az