Ajax-ın kapitanı Matteys de Liqtin yeni komandasının adına böyük ölçüdə aydınlıq gəlib.
Terefsiz.az xəbər verir ki, gənc müdafiəçi karyerasını Barcelona-da davam etdirməyə hazırlaşır.
Futbolçu ilə bir müddət əvvəl anlaşan kataloniyalılar Ajax-la da bu transferdə ortaq məxrəcə gəlib. Klublar arasındakı razılığa əsasən, Barcelona 19 yaşlı oyunçunu 75 milyon avroya heyətinə qatacaq.
Qeyd edək ki, Ajax-ın yarımmüdafiəçisi Frenki de Yonqun yayda Barcelona-ya keçəcəyi dəqiqdir.