- Depressiya!
Depressiya həyatdan zövq alma istəyindən məhrum olmaqdır. Bu bir psixi haldır. Bu zaman insan keçirdiyi hislərin səbəblərini dəqiq anlamır. Ona elə gəlir ki, heç kim ona bu vəziyyətdən çıxmaqda kömək edə bilməz. O, özünü tənha,əlacsız,sanki qaranlıq bir boşluqda hiss edir.
Depressiya zamanı insan ailəsindən, dostlarından uzaqlaşır. Dünya ona sıxıcı, qaranlıq və tutqun görünür, hətta bir vaxtlar sevdiyi, heç bir şeydən zövq ala bilmir. İnsan təfəkkürü dəyişir. O, özündə və başqalarında yalnız mənfi keyfiyyətlər görür. Nə vaxtsa müsbət düşündüklərinə inanmırlar, sanki çıxılmaz vəziyyətdə qalır.
-
- DEPRESİYANIN ƏLAMƏTLƏRİ:Hətta kifayət qədər istirahət etdikdən sonra fiziki və emosional gərginlik;
Yuxusuzluq və ya həddindən artıq uzunmüddətli yuxu;
İnsanlarla ünsiyyətdən qaçma
Həyatın mənasız olduğunu düşünmək. Qarşindakı insana güvənməmə;
Özü və ya yaxınları haqqında düşünməmək;
Qəmli olmaq və ya əsəbilik;
Nə özünün nədə ətrafdakıların qayğısına qalmamaq;
İştahanın pozulması;
Baş ağrısı, qarın nahiyəsində ağrılar;
Ölüm və intihar haqqında düşünmək.
Əgər siz 2 həftədən çox belə haldasınızsa o zaman siz təcili psixoloqa müracimü etməlisiniz. - MÜALİCƏSİDepressiya ən çox yayılmış emosional problemlərdən biridir. Bununla belə bu problem vaxtında müalicə olunarsa maneəsiz ötüb, keçər. Depressiyanın bir neçə növ müalicə üsulu var: davranış-rəftar terapiyası, ailə psixoterapiyası və dərman preparatları ilə müalicə olunur.
- Psixoloq İlahə Dəmirbəy
- DEPRESİYANIN ƏLAMƏTLƏRİ:Hətta kifayət qədər istirahət etdikdən sonra fiziki və emosional gərginlik;