Deputatın yüksək vəzifədə çalışan bacısı oğlu işdən çıxarıldı

0
229

“Azəriqaz” İstehsalat Birliyində struktur və kadr dəyişikliyi baş verib.

Terefsiz.az xəbər verir ki, bu barədə Neftçilərin Hüquqları Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı məlumat verib.

Onun sözlərinə görə, “Azəriqaz” İB-də Baş direktorun innovasiyaların tətbiqi üzrə müavini vəzifəsi ixtisara salınıb: “Bununla da həmin müavin postunda 10 ildən çoxdur işləyən Fikrət Sucayev də vəzifədən çıxarılıb”.

Qeyd edək ki, Fikrət Sucayev YAP Xətai rayon təşkilatının sədri, deputat Hüseynbala Mirələmovun bacısı oğludur.

İstinad: Publika

Terefsiz.az