Dieqo Kosta üzr istədi

0
337

“Atletiko”nun futbolçusu Dieqo Kosta məşqlərə qatılıb.

Terefsiz.az “AS” nəşrinə istinadən xəbər verir ki, ötən gün Madrid klubunda məşqə çıxmaqdan imtina edən  ispaniyalı hücumçu baş məşqçi Dieqo Simeone ilə danışdıqdan sonra səhvini başa düşüb. Hərəkətinə görə üzr istəyən futbolçu artıq kollektivlə birgə çalışır.

Qeyd edək ki, Kosta hakimi təhqir etdiyi üçün İspaniya Futbol Federasiyası tərəfindən 8 oyunluq cəzalandırılıb. Klub isə buna görə ona intizam işi açıb. Məhz buna görə 30 yaşlı futbolçu ilə klubu arasında narazılıq yaranmışdı.