DİN-dən sənədini yoxladığı qadına sosial şəbəkədə mesaj yazan polislə bağlı – AÇIQLAMA

0
104
Daxili İşlər Nazirliyi ötən gün sosial şəbəkələrdə metronun “Koroğlu” stansiyasında polis əməkdaşının xüsusi karantin rejimi dövründə küçəyə çıxma icazəsinin olub-olmadığını yoxlamaq məqsədi ilə bir qadını saxlamasını, daha sonra həmin qadının sosial şəbəkədəki səhifəsinə tanışlıq üçün yazmasına dair iddialara aydınlıq gətirib.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq, Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, məsələ DİN rəhbərliyinin nəzarətindədir və  faktın araşdırılması üçün müvafiq göstərişlər verilib:
“Əgər iddialar təsdiqini taparsa, həmin əməkdaş barədə ciddi tədbir görüləcək”.
Xatırladaq ki, ötən gün sosial şəbəkələrdə karantin rejimi dövründə küçəyə çıxma icazəsinin olub-olmadığını yoxlamaq məqsədilə bir qadını saxlayan polis əməkdaşının, daha sonra sosial şəbəkədə həmin xanıma yazması və tanış olmaq istəməsi ilə bağlı paylaşımlar edilib.