DİN: “Laçında minaya düşənlərin müalicəsi davam etdirilir”

0
155

Laçında minaya düşən şəxslərin müalicəsi davam etdirilir.

DİN Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru Aslan Qiyaslı  bildirib ki, hadisə bu gün axşam saat 19:00 radələrində rayonun Suarası kəndində baş verib.

Belə ki, kənd ərazisində təmir-tikinti işləri ilə məşğul olan 2 nəfər mina partlaması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar dərhal polis əməkdaşlarının və Daxili qoşunların hərbi qulluqçularının müdaxiləsi nəticəsində xəstəxanaya çatdırılıb.

terefsiz.az