DİN Şəkidəki ağır yol qəzasının başvermə səbəbini açıqlayıb

0
111

Daxili İşlər Nazirliyi (DİN) Şəkidə baş vermiş ağır yol qəzasının başvermə səbəbi barədə məlumat yayıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan  bildirilib ki, bu gün saat 16:30 radələrində Şəki şəhərində yerləşən istirahət mərkəzlərinin birində Ağdam rayon sakini Elya Əhmədovun idarə etdiyi “İsuzu” markalı sərnişin avtobusunda yaranmış nasazlıqla əlaqədar nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb.
Hadisə yerinə polis şöbəsinin, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və Təcili Tibbi Yardımın həkim briqadaları cəlb olunub, xəsarət alanlar xəstəxanaya yerləşdirilib.
Hazırda faktla bağlı Şəki Şəhər Rayon Polis Şöbəsinin İstintaq bölməsində araşdırma aparılır.
Qeyd edək ki, 4-ü müəllim, 2-si valideyn və 16-sı da şagird olmaqla, ümumilikdə 22 nəfər gəzmək məqsədilə Samux rayonundan Şəki şəhərinə gəliblər.

 

TEREFSİZ.AZ