“Dinamo”nun baş məşqçisi Şeydayevdən danışdı

0
199

“Çempionatın startına 10 gün qaldığı üçün bütün futbolçuları oynatmağa qərar verdik. Ramil Şeydayev oyunda az diqqət çəkdiyi halda, Sebastyan Şimanski yaxşı hərəkət edir, qərarlar verirdi”.

Terefsiz.az saytı xəbər verir ki, bunu Rusiyanın “Dinamo” komandasının baş məşqçisi DmitriXoxlov Azərbaycan millisinin futbolçusu RamilŞeydayevin debütü haqqında Moskva təmsilçisinin “Youtube” kanalına müsahibəsində deyib.

44 yaşlı mütəxəssis Çexiya “Sparta”sı ilə yoxlama matçından (1:1) sonra 23 yaşlı forvardla bağlı gözləntilərini dilə gətirib: “Gənc oyunçudur, onu Rusiyanın gənclərdən ibarət komandasındakı çıxışından xatırlayırıq. “Krılya Sovetov”da vaxt keçirdi, mövsümün sonlarında oynamağa başladı. İndi yeni komanda və yeni tələblərdir. Baxaq görək, burada özünü necə göstərəcək. Onda hücumçu üçün yaxşı göstəricilər var”.

Qeyd edək ki, Ramil Şeydayev iyulun 2-də “Dinamo” ilə 1 illik müqavilə bağlayıb.

Terefsiz.az