Dırnaq qulluğu üçün xüsusi məsləhətlər

0
515

Kişilərə nisbətən qadınlar dırnaqlarına daha çox diqqət yetirirlər. Qadınların ən böyük narazıçılığı isə dırnaqların qırılması, onların üzərində ağ ləkələrin əmələ gəlməsidir. Bəs görəsən, bu ləkələrəndən böyük məbləğdə pul xərcləmədən necə xilas olmaq olar?

Terefsiz.az saytı bu dəfə dırnaqlarınıza qulluq üçün məsləhətlər təqdim edir:

Bu zaman dırnaqlar onixosdrof xəstəliyinə tutala bilər. Bu xəstəlik zamanı dırnaqlarda ağ ləkələr əmələ gəlir, dırnaqlar soyulur. Bununla mübarizə aparmaq çox çətindir. Çünki ağ ləkələr müəyyən müddət itib, sonra yenidən əmələ gəlir.

Buna görə hər səhər A vitamini qəbul edin: qara çörəyin üzərinə 30 damcı bitki yağı töküb, yeməkdən əvvəl yeyin.

Dəniz duzu ilə vanna edin: bir stəkan qaynar suya 1 xörək qaşığı dəniz duzu tökün. Bir az soyumasını gözləyin. Barmaqları içərisinə salmaq mümkün olana kimi soyudun. Bu üsulu bir gündən bir, 2-3 həfdə etməyiniz məsləhətdir.

Bundan başqa para limonu kəsib, dırnaqlarınızın üstünə sürtün. Dırnaqlara qulluq üçün satılan xüsusi boyalardan istifadə etməyə çalışın. Boyanı dırnağınızda çox saxlamamağa çalışın. Dırnaqlar nəfəs almalıdır.

Çoxlu tumlar və süxarilar yeməyə çalışın. Yeməyinizin içinə meyvə jelesi əlavə edin. Bütün bunlar dırnağınızın bərkiməsinə kömək edəcək.

Terefsiz.az