Dişləri qorumağın yeni üsulu tapıldı

0
187

Çinin Anhoy əyalətinin Tibb Universitetinin alimləri dişlər üçün kariyesin əmələ gəlməsinin qarşısını alan qoruyucu örtük yaradıblar.

Terefsiz.az xəbər verir ki, bu barədə “ACS Publications” nəşrinin saytında məlumat yerləşdirilib.

Çin mütəxəssisləri Çuan Linin rəhbərliyi altında kariyeslə mübarizə aparmaq üçün yeni üsul tapıblar. Onlar insanın tüpürcəyində olan H5 antimikrob peptidini modifikasiyalaşdırıblar. Peptid lak dişlərdə qoruyucu pərdə yaradır və onları kariyes yaradan bakteriyalardan müdafiə edir. Alimlərin sözlərinə görə, maddə diş minasına nüfuz edir və hətta daha çox kalsium ionlarını cəlb etməklə onu bərpa edir.

Mütəxəssislər yeni maddəni azı dişləri üzərində sınaqdan keçiriblər. Testlər göstərib ki, peptidin təkmilləşdirilmiş versiyasının uzun müddətli istifadəsi dişlərdə özündən heç nə keçirməyən antimikrob pərdə yaradır və demineralizasiya ilə mübarizə aparır. Alimlər qeyd ediblər ki, örtük artıq mövcud çürükləri müalicə etmir, lakin yenisinin yaranmasının qarşısını ala bilir.