Donald Tramp: “İraqa hücum etmək bizə lazım deyildi”

0
250

ABŞ prezidenti Donald Tramp bildirib ki, Birləşmiş Ştatlar 2003-cü ildə prezident Səddam Hüseynin hakimiyyətdən devrilməsi üçün İraqa hücum etməməli idi.

Bu barədə Terefsiz.az TASS-a istinadən xəbər verir.

Dövlət başçısı hesab edir ki, Yaxın Şərqdəki hərbi əməliyyatları genişləndirmək vacib deyildi. Ağ Ev rəhbəri həmçinin ABŞ-ın son illər Yaxın Şərqdəki hərbi qüvvələrini əsaslı şəkildə azaltması fikirləri ilə də razı deyil.

“Yox, mən belə düşünmürəm. Hesab edirəm ki, bizim orada olmağımız lazım deyildi. Mən bu nizamsızlığa varis oldum. Bizim orada olmağımız lazım idimi? Xeyr, lazım deyildi”, – deyə Amerika lideri bildirib.

O, qeyd edib ki, hər şeydən əvvəl ABŞ-ın sabiq prezidenti, kiçik Corc Buşun başladığı İraq kampaniyasından danışır.

“İraqa hücum etmək bizə lazım idimi, hansı ki, Ümumdünya Ticarət Mərkəzini məhv etmədi? Bu, terrorçuluğun artmasına imkan yaratmamış ölkə idi”, – deyə Tramp vurğulayıb. ABŞ prezidenti qeyd edib ki, İraqda terrorçuları dərhal məhv edirdilər.

Terefsiz.az